Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
Bizi izləyin

Magazin2

Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO

"Oppenheimer" filminə görə, "Oskar" qazanan rejissor Kristofer Nolan cəngavər rütbəsi alacaq.

Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı Britaniya hökumətinin sənədlərinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Nolanın həyat yoldaşı, prodüser Emma Tomas da xanım titulunu alacaq.

Məşhurlar arasında britaniyalı aktyorlar Şon Konner , Entoni Hopkin , Benedikt Kamberbetç, Eddi Redmeyn, Hyu Lori, həmçinin aşağıdakı musiqiçilər cəngavər statusuna malikdirlər: "The Rolling Stones" qrupunun solisti Mik Caqqer, Pol Makkartni və Elton Con.

"Qeyd edək ki, "Oppenheimerə" dramı 13 nominasiya üzrə namizəd olub, onlardan yeddisində qalib gəlib. Film aktyorluq və kamera işi, rejissorluq, montaj və musiqi baxımından ən yaxşısı kimi tanınıb. “Oppenheimer” həm də ilin ən yaxşı filmi nominasiyasında Akademiya Mükafatını alıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm