Hadisədən səmimi etiraflar: "Hər iki ölkədə zorakılığa uğradım"
Bizi izləyin

Magazin2

Hadisədən səmimi etiraflar: "Hər iki ölkədə zorakılığa uğradım"

Türkiyəli məşhur müğənni Hadisə İstanbulda keçirilən festivalda qürbətçi olmağın çətinliklərindən danışıb.

Publika.az xəbər verir ki, Hadisə 1964-cü ildə Belçika ilə Türkiyə arasında türk işçilərinin Belçikaya köçünü asanlaşdırmaq məqsədilə imzalanan Miqrasiya Müqaviləsinin 60-cı ildönümü çərçivəsində təşkil edilən “Qurbet Kuşu” Festivalının açılışında konsert proqramı ilə çıxış edib.

Müğənni konsert zamanı səmimi etirafları ilə diqqət çəkib: “Valideynlərim 1970-ci illərdə Belçikaya köçərək evləniblər. 1985-ci ildə anadan olmuşam. Belçikada oxuyarkən bir türk qızı kimi əlimdən gələni etdim. Valideynlərimi çox qürurlandırdım, amma o zaman zorakılığı yaşadım. Mənə “pis türk” deyirdilər. Bu, çox qorxulu hissdir. Mən qürbətçi olmağın nə demək olduğunu yaxşı bilirəm. Qürbətçi olmaq həsrət və bəzən də təklik deməkdir”.

Hadisə Türkiyədə də çətin günlər keçirdiyini deyib: “2009-cu ildə “Eurovision”a seçildim. “Düm tek tek”lə ölkəmi Moskvada təmsil etdim. Soruşdular ki, niyə əcnəbi qız ölkəmizi təmsil edir? Mənim 22 yaşım var idi və bütün bu emosiyalarla dayanmaq və böyük bir ölkəni təmsil etmək çox maraqlı təcrübə idi”.

Hadisə deyib ki, qürbətçilərə “Özünüzü hara aid hiss edirsiniz?” sualı verilir: “Cavabı elə də asan deyil. Özümü özümə aid hiss edirəm. Çünki hər iki ölkədə zorakılığa uğramışam. Hətta mənə hələ də “sən doğma şəhərinə qayıt” deyənlər də var. Mən türkəm və bununla fəxr edirəm. Mən türkəm deyən xoşbəxtdir”.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm