Stilist Kim Kardaşyanı biabır etdi
Bizi izləyin

Magazin2

Stilist Kim Kardaşyanı biabır etdi

Stilist Amanda Sanders amerikalı televiziya ulduzu Kim Kardaşyanın gülünc geyimlərə həddən artıq meyilli olduğunu deyib.

Publika.az xəbər verir ki, mütəxəssis 43 yaşlı iş qadınının son zamanlar çəkilən fotolarını təhlil edib. Sandersin sözlərinə görə, Kardaşyan hazırda orta yaş böhranı yaşayır.

“Kim stilistlərin yanında olanda əla görünə bilər. Amma gənc ulduzlar artıq ona moda ikonu kimi baxmırlar”, - deyə mütəxəssis qeyd edib.

Bundan əlavə, Sanders bildirib ki, Kardaşyanın üslubunda baş verən dəyişiklik formalı geyimlərdən imtina ilə bağlıdır:

"İndiyədək Kim heç vaxt bədəninin əsl formasını nümayiş etdirən paltar geyinməyib".

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm