“Brexit”dən sonra ilk: Böyük Britaniyada parlament seçkiləri keçirilir
Bizi izləyin

Avropa

“Brexit”dən sonra ilk: Böyük Britaniyada parlament seçkiləri keçirilir

Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxmasından sonra ilk parlament seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb və səsvermə yerli vaxtla saat 22:00-a qədər davam edəcək.

Bundan sonra seçici sorğularına əsaslanan ilk nəticələr dərc olunacaq.

Nəticələr bir gecədə hesablanacaq və əksər yerli seçki dairələrinin səhər tezdən qalib namizədləri elan edəcəyi gözlənilir.

Bu, həm 2023-cü ildə dairələrin sərhədlərinin dəyişdirilməsindən sonra ilk səsvermə, həm də seçicilərin səs verə bilmələri üçün fotoşəkilli şəxsiyyət vəsiqəsi gətirməli olduğu ilk ümumi seçkidir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm