Magazin2
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
Hollivud aktyoru Cin Hekman 80 milyonluq sərvətindən bir qəpik belə övladlarına miras qoymayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" yazıb.
Ulduzun əmlakı 80 milyon dollar dəyərində qiymətləndirilir. Vəsiyyətdə onun övladları Kristofer, Elizabet və Leslinin adı belə çəkilmir.
Aktyorun bütün sərvəti həyat yoldaşına miras qalmalı idi, ancaq Arakavanın da vəsiyyətnaməsində bütün sərvətin şəxsi nümayəndəsinin idarəçiliyinə verilməli olduğu, onun da pulu xeyriyyəçilik üçün istifadə etməsi tələbi qoyulub.
Cütlüyün 800 kvadratmetrlik, 3,8 milyon dollarlıq evinin necə bölünəcəyi isə məlum deyil.
Hekmanın böyük oğlu Kristofer artıq öz hüquqlarını müdafiə etmək üçün miras məsələləri üzrə ixtisaslaşmış təcrübəli vəkil Endryu M. Katzenşteyni işə götürüb.
Xatırladaq ki, Hollivudun unudulmaz simalarından biri olan Cin Hekman həyat yoldaşı Betsi Arakava ilə Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evində faciəvi şəkildə dünyasını dəyişib. 95 yaşlı Hekman və 63 yaşlı Arakavanın cəsədləri fevralın 26-da itləri ilə birlikdə evlərində tapılıb. Hekmanın ürək problemindən, Arakavanın isə hantavirus ağciyər sindromundan öldüyü müəyyən edilib.
Məlum olub ki, birinci Betsi vəfat edib. Hekman isə bir həftə sonra dünyaya gözlərini yumub. Aktyor Alzheimer xəstəliyinin ağır formasından əziyyət çəkirdi və ətrafındakı reallıqdan tam xəbərdar deyildi. Ehtimal edilir ki, o, aclıqdan və yorğunluqdan dünyasını dəyişib.
Ləman
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU











.jpg)

























.jpg)