Magazin2
“Netflix” ulduzu idman zalında öldü: bu il başına gəlməyən qalmamışdı...
"Netflix"in “Berlin polisi” serialının ulduzu, alman bodibilder Vittorio Pirbazari idman zalında ölüb.
Publika.az xəbər verir ki, 44 yaşlı aktyor "Vito" ikinci evinə çevrilmiş idman zalında qəflətən dünyasını dəyişib.
Hadisə bazar ertəsi baş verib. Onun həmkarı Səid İbrahim sosial şəbəkədə faciəvi xəbəri təsdiqləyərək, Vitonu "on yaşlı uşaq kimi yumşaq qəlbli" insan adlandırıb.
İlkin məlumatlara görə, ölümün səbəbi infarkt ola bilər, lakin hələlik rəsmi təsdiq yoxdur.
Xatırladaq ki, yanvar ayında Pirbazari döş qəfəsindən əməliyyat olunub. Onun sağ döş qəfəsi əzələsi cırılıb və bu əzələ cərrahi yolla bərpa olunub. Əməliyyatdan sonra o, avtomobil qəzasına düşüb, fəqərəsi sınıb və yumşaq toxumaları zədələnib.
Martın 23-də aktyor 12 həftəlik fasilədən sonra idman zalına qayıtdığını elan etmişdi.
Ölümündən bir gün əvvəl o, son zamanlar aldığı zədələrə görə ləng qaçdığını bildirərək selfi paylaşıb.
Ləman
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi







































