Yaxın Şərq
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından ibarət "Məkkə İttifaqı"nın ilk toplantısı avqustun 31-də İstanbulda keçiriləcək.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri məlumat yayıb.
Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudun iştirakı gözlənilir.
Bildirilib ki, toplantı "Məkkə Birgə Müdafiə Sazişi" çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə strateji istiqamət vermək məqsədilə yaradılması nəzərdə tutulan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası olacaq.
Toplantıda beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, müdafiə imkanlarının inkişaf etdirilməsi, üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən birgə istehsal və tədqiqat-inkişaf layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, terrorla mübarizə sahəsində birgə səylərin gücləndirilməsi, ittifaqın müəyyən edəcəyi ümumi fəaliyyət istiqamətləri üzrə işləri əlaqələndirəcək Katibliyin və digər mexanizmlərin fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi planlaşdırılır.
Toplantıda, həmçinin qarşıdakı dövrdə atılacaq addımlara dair yol xəritəsinin hazırlanması gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr qeyd edib ki, "Məkkə Birgə Müdafiə Sazişi" regionda təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsinə, məsələlərə əməkdaşlığa əsaslanan təhlükəsizlik yanaşması ilə baxılmasına, qarşıdurma əvəzinə sülh və rifahın prioritetləşdirilməsinə yönələn imkanlar yaradır.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











