Magazin2
Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı: 6 milyon dollarını aldı
Türkiyəli müğənni Bülent Ersoyun meneceri kimi tanınan Fevzi Siverek milyonlarla dollar dəyərində dələduzluq ittihamı ilə gündəmdədir.
Publika.az xəbər verir ki, Siverek azərbaycanlı iş adamı Teyub G.-ni İstanbulda bir torpaq sahəsinin satışı bəhanəsi ilə aldadaraq, ondan 6 milyon dollar alıb.
İstanbul Baş Prokurorluğuna verilən şikayətə əsasən, Teyub G. Kozyatağında yerləşən torpaq sahəsini almaq üçün Fevzi Siverek və qardaşı Əhməd Turan Siverek ilə razılığa gəlib. İş adamı qeyd olunan torpaq üçün ümumilikdə 6 milyon dollar ödəniş edib.
Lakin aparılan araşdırmalar nəticəsində torpaq sahəsinin Siverek qardaşlara məxsus olmadığı müəyyən edilib. Bundan sonra iş adamı prokurorluğa şikayət edib.
Şikayət ərizəsinə görə, Siverek qardaşlar özlərini dövlət qulluqçuları ilə yaxın əlaqələri olan şəxslər kimi təqdim edərək Teyub G.-nin etimadını qazanıblar. Hətta bu etimadı möhkəmləndirmək məqsədilə konsulluq vasitəsilə rəsmi görüşdə iştirak etdikləri, bu prosesdə bəzi "WhatsApp" yazışmaları, səs yazıları və video görüntülərinin də sübut kimi təqdim edildiyi bildirilib.
Dələduzluq ittihamı ilə istintaq başladılıb.
(Oxu.az)
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu










.jpg)












.png)











.jpg)