Magazin2
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
"The Alarm" rok qrupunun vokalisti, Britaniya imperiyası ordeninin kavaleri Maky Miters həyatının 67-ci ilində leykoz xəstəliyindən vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Piters və onun həyat yoldaşının təsis etdiyi “Love Hope Strength” xeyriyyə təşkilatının nümayəndəsinə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, musiqiçiyə otuz ildən çox əvvəl xroniki limfositar leykemiya (XLL) diaqnozu qoyulub. Keçən il Piters, XLL-ni daha aqressiv edən Rixter sindromu diaqnozu qoyulduqdan sonra ABŞ turunu ləğv etmək məcburiyyətində qalıb. Daha sonra Mançesterdəki "Christie NHS Foundation Trust"da müalicə alıb.
Mayk Piters 25 fevral 1959-cu ildə Prestatyn şəhərində (Birləşmiş Krallıq) anadan olub. O, 1980-ci illərin əvvəllərində "The Alarm" qrupunda iştirakı və "The Stand", "68 Guns" və "Strength" kimi bəstələrin buraxılması sayəsində şöhrət qazanıb.
Qrup dəfələrlə "U2" və "Status Quo" kimi məşhur ifaçılarla eyni səhnədə çıxış edib, həmçinin Londondakı Uembli Stadionunda "Queen" konsertində iştirak edib.
Hüseyn İbadlı
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
Ekologiya10:15Xilasedicilər 734 meyit tapdılar - 580 əcnəbi itkin düşüb
-
Avropa10:06Rusiya Estoniyanı da vuracaq? - Prezident "hazırlıq" mesajı verdi
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO









.jpg)

.png)









.png)












.jpg)
.jpg)