Nida Təhlil
20 və 27 sentyabrın sirri: Bir-birini tamamlayan iki siyasi mərhələ
Azərbaycanın dövlətçilik tarixində 20 və 27 sentyabr tarixləri mühüm siyasi mərhələləri özündə birləşdirir. Azərbaycan təxminən 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və danışıqlar yolu ilə həllinə üstünlük verib. Bu müddətdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb olunurdu. Lakin həmin qətnamələr uzun illər praktiki icra mexanizmi ilə təmin edilmədi. Nəticədə beynəlxalq hüquqi mövqenin mövcudluğunun hələ həmin hüququn avtomatik şəkildə təmin edilməsi anlamına gəlmədiyi ortaya çıxdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən prosesin mühüm mərhələləri oldu.
Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Hüseynovun fikirlərini öyrənib.
Deputat bildirdi ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini hərbi-siyasi yolla bərpa edib. Onun sözlərinə görə, bununla Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını da təmin edib. Aydın Hüseynov qeyd edib ki, bu, beynəlxalq hüququn yaratdığı hüquqi əsasla dövlətin öz siyasi və hərbi iradəsi arasındakı fərqi açıq şəkildə göstərib:
“Azərbaycan təxminən 30 il ərzində münaqişənin beynəlxalq hüquq və danışıqlar yolu ilə həllinə üstünlük vermişdi. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb olunurdu. Lakin həmin tələblər uzun illər praktiki icra mexanizmi ilə təmin edilmədi. Bu səbəbdən də ortaya çıxan əsas siyasi nəticə bundan ibarət oldu ki, beynəlxalq hüquqi mövqenin mövcudluğu hələ həmin hüququn avtomatik şəkildə təmin edilməsi demək deyil”.

Aydın Hüseynovun sözlərinə görə, Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistan tərəfindən Qarabağdakı erməni separatçılarına siyasi və maliyyə dəstəyinin davam etdirilməsi, Laçın yolu ətrafında yaranan mübahisələrin beynəlxalq platformalara daşınması və məsələnin xarici siyasi gündəmdə saxlanılması müharibədən sonra yaranmış yeni reallığın Ermənistan və havadarları tərəfindən qəbul edilməsi prosesinin ziddiyyətli şəkildə getdiyini göstərirdi.
Deputat əlavə etdi ki, hətta 2023-cü ildə Laçın dəhlizi məsələsi Beynəlxalq Ədalət Məhkəməsində müvəqqəti tədbirlər predmetinə çevrilmişdi. Onun sözlərinə görə, bu baxımdan 20 sentyabr və 27 sentyabr Azərbaycan dövlətçilik tarixində bir-birini tamamlayan iki siyasi mərhələ olub:
“27 sentyabr ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin başlanğıcını və milli iradənin ifadəsini, 20 sentyabr isə suverenliyin bütün ölkə ərazisində tam təmin olunmasını simvolizə edirdi. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra Azərbaycan ölkənin bütün ərazisində konstitusion quruluşun və dövlət suverenliyinin bərpa olunduğunu bəyan etdi və 20 sentyabr daha sonra cənab Prezident İlham Əliyev tərəfindən Dövlət Suverenliyi Günü elan edildi”.
Aydın Hüseynov diqqətə çatdırdı ki, bu gün Böyük Qayıdışın həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həmin siyasi prosesin artıq quruculuq mərhələsinə keçdiyini göstərir.
Deputat vurğuladı ki, Azərbaycanın əsas mesajı hər kəsə aydın olmalıdır:
“Ərazi bütövlüyü və suverenlik müzakirə predmeti deyil, dövlətçiliyin fundamental əsaslarıdır. 27 sentyabr bu prinsip uğrunda siyasi və milli iradənin səfərbər olunduğu, 20 sentyabr isə həmin iradənin tam suverenliklə nəticələndiyi tarixdir”.
Müəllif: Adəm Abbaslı
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır










.jpg)























.jpg)

