Magazin2
Adriana Limanın gənclik sirri açıldı: Üzündə hansı əməliyyatlar aparılıb? - FOTO
Adriana Limanın xarici görünüşündəki dəyişikliklər plastik cərrahiyyə iddialarını yenidən gündəmə gətirib.
Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, cərrah Aleksandr Katkov 45 yaşlı supermodelin görünüşündə bir sıra estetik müdaxilələrin izlərini gördüyünü bildirib.
Onun sözlərinə görə, Limanın qaşlarının forması və vəziyyətindəki dəyişiklik endoskopik alın dartılmasına işarə edə bilər. Həkim qeyd edib ki, bu əməliyyat zamanı dəridə 1,5-2 santimetrlik 3-4 kiçik kəsik edilir və endoskopik avadanlıq sayəsində böyük çapıqlara ehtiyac qalmır.
Cərrah modelin burnundakı dəyişikliklərə də diqqət çəkib. Onun fikrincə, burun körpüsünün daha ensiz görünməsi rinoplastika ilə bağlı ola bilər. Burun ucundakı plastika isə onun proyeksiyasını və burunla üst dodaq arasındakı bucağı dəyişə bilər.
Katkov, həmçinin Limanın yanaq sümüklərinin altındakı çökəklikləri vurğulayaraq, bunun Bişa yumrularının götürülməsi ilə əlaqəli ola biləcəyini deyib.
Cərrah əlavə edib ki, sadaladığı estetik müdaxilələrin hamısını bir əməliyyat zamanı həyata keçirmək mümkündür.

-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























