Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
Bizi izləyin

Magazin2

Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi

Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi

Böyük Britaniyada keçmiş həbsxana gözətçisi “Miss İngiltərə” milli gözəllik müsabiqəsinin finalına yüksəlib.

Publika.az xəbər verr ki, bu barədə “Daily Star” yazır.

Sentyabrın sonlarında 24 yaşlı Tara Sampson “Miss Mançester” titulunu qazanıb və “Miss İngiltərə”nin finalına adlayıb. Qız dərhal diqqəti üzərinə çəkib, çünki əvvəllər heç vaxt gözəllik müsabiqələrində iştirak etməyib və model biznesi ilə əlaqəsi olmayıb. Sampson bir ildir ki, Böyük Mançester qraflığının polisində xidmət edir, bundan əvvəl isə həbsxana gözətçisi olub.

“Mən əvvəllər heç vaxt model işləməmişəm, hərçənd ki, bu barədə düşünmüşdüm. Və bir məqamda qərara gəldim: “Niyə də yox?” Və təşəbbüs göstərdim. Ağır polis formasını qlamur geyimlə əvəz etmək mənə çox xoş gəldi, çünki ruhən zərifəm”, - deyə təzə gözəllik kraliçası danışıb.

“Miss Mançester” qələbəsindən dərhal sonra Sampson yeni statusundan xeyriyyəçilik üçün pul toplamaq məqsədilə istifadə etmək istədiyini elan edib. Qız həmçinin bildirib ki, polisdə işləmək ona müsabiqəyə hazırlıqda kömək edib. Sampsonun sözlərinə görə, polis işi insandan diqqəti və reaksiya sürətini itirmədən daimi olaraq rahatlıq zonasından çıxmağı tələb edir ki, bu da titul uğrunda mübarizədə ona çox kömək olub.

“Miss İngiltərə” müsabiqəsi noyabrın 17-də keçiriləcək. Onun qalibi ölkəni 2027-ci ilin may ayında Tanzaniyada keçiriləcək “Miss Dünya” müsabiqəsində təmsil edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm