Magazin2
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə saxlanıldı
Türkiyədə “Lvbel C5” səhnə adı ilə tanınan məşhur reper Süleyman Burak Bodur azərbaycanlı müğənni Asya Əlizadə ilə birgə ifa etdiyi “K....” mahnısının sözlərinə görə saxlanılıb.
Publika.az “Sözcü”yə istinadən xəbər verir ki, İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində Bodur prokurorluqda ifadə verib.
Prokurorluq reperi “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərib. Bodur ifadəsində ittihamları qəbul etməyərək, mahnı sözlərini təxəyyülünə əsasən, qələmə aldığını bildirib:
“Mən xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir”.
O, şikayətlərdən xəbər tutan kimi mahnını rəqəmsal platformalardan sildiyini də əlavə edib.
Qeyd edək ki, məhkəmə prokurorluğun həbs tələbini rədd edərək reper barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiq edilməsinə qərar verib. Qərara əsasən, onun ölkədən çıxışına qadağa və həftədə iki gün polis idarəsində imza vermək öhdəliyi qoyulub.
Bununla yanaşı, məhkəmə analoqu olmayan qərar verərək reperin türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsini məcburi öhdəlik kimi müəyyən edib.
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto








_(1).jpg)

.jpg)























.jpg)




