Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
Bizi izləyin

Magazin2

Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya

Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya

“Taşacak Bu Deniz” serialının baş rol ifaçısı Ulaş Tuna Astepe şəxsi həyatı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Publika.az xəbər verir ki, 37 yaşlı aktyorun özündən 16 yaş kiçik qadınla münasibətdə olduğu barədə iddialara onun menecerinin açıqlamasını paylaşmaqla cavab verib.

Açıqlamada aktyorun nüfuzuna xələl gətirməyə yönələn sistemli cəhdlərlə bağlı hüquqi addımların atıldığı bildirilib. Menecer bu cür hücumların diqqətdən kənarda qalmayacağını və prosesin izləniləcəyini vurğulayıb.

Ulaş Tuna Astepe həmçinin təhqir, təqib və böhtan xarakterli paylaşımların tarixləri ilə birlikdə ona göndərilməsini xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm