Avto
Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
Avtomobil akkumulyatorunun istismar müddəti dəfələrlə fərqlənə bilər: bir batareya üç ildən sonra sıradan çıxar, digəri isə on il ərzində problemsiz işləyər. Səbəb yalnız akkumulyatorun konstruksiyası deyil, həm də istismar şəraitidir.
Publika.az xəbər verir ki, bu barədə “Za rulom” jurnalı məlumat yayıb.
Qurğuşun-turşu akkumulyatorları üç sinfə bölünür: ekonom (təxminən 3 il), standart (4–5 il) və premium (5–6 il və daha çox). Fərq elektrodların sayında, onların qalınlığında və işçi səthinin sahəsindədir: premium modellərdə elektrodların sayı daha çoxdur ki, bu da daha yüksək işəsalma cərəyanı və tutum ehtiyatı təmin edir. Sinif uzun xidmət müddətinə zəmanət vermir: premium akkumulyatoru vaxtından əvvəl sıradan çıxarmaq, daha münasib qiymətli akkumulyatorun xidmət müddətini isə əlverişli şəraitdə uzatmaq asandır.
Akkumulyatorun əsas düşmənləri qısa məsafəli səfərlər, tıxaclar, tez-tez işə salmalar, şüşə və oturacaqların qızdırılması, faralar və multimedia sistemidir. Qısa səfər zamanı generator sərf olunmuş enerjini bərpa etməyə çatdırmır və bu da elektrodların sulfatlaşmasına səbəb olur. Şəhər şəraitində istismar üçün ekspertlər tsiklik yüklərə və qismən doldurulmaya daha yaxşı uyğunlaşan EFB texnologiyalı akkumulyatorları tövsiyə edirlər.
Qeyd edilib ki, beş qayda AKB-nin xidmət müddətini 10 ilə qədər uzatmağa kömək edəcək:
- Müntəzəm dərin boşalmalara yol verməmək (unudulmuş faralar, videoregistrator, cərəyan sızmaları)
- Elektrik avadanlığının sazlığını və klemmələrin təmizliyini nəzarətdə saxlamaq
- Gərginliyi və elektrolitin sıxlığını vaxtaşırı yoxlamaq
- Batareyanı təmiz saxlamaq
- Zərurət yarandıqda onu stasionar şarj cihazı ilə tam doldurmaq
Hüseyn İbadlı
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi





































