Lənətlənmiş seks oteli - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Lənətlənmiş seks oteli - - FOTOLAR

Lənətlənmiş seks oteli - - FOTOLAR

Yaponiyanın paytaxtı Tokioda yerləşən "Fuurin Moteli" gizli aşiqlərin eşq yuvası hesab edilir. Otel Yaponiyanın məşhur simalarının gizli eşq macəralarına şahidlik edib.

Publika.az xəbər verir ki, kabuslar tərəfindən lənətlənmiş oteldə xüsusi dizaynla işlənmiş 10 otaq yerləşir. Otelə gələn qonaqlar Orta Əsrlərin üslubunda işlənmiş otaqlardan birini seçib olduqca gözəl vaxt keçirə bilərdilər. Oteldə qonaqların ixtiyarına gözəl və cazibədar xanımlar verilir.

Seks oteli adlandırılan "Fuurin Moteli"ndə ümumi mətbəx və vanna otağı fəaliyyət göstərir. Otaqların özəlliyi ondan ibarət idi ki, burada ağlınıza gələ biləcək hər cür "seks oyuncaqlarına" rast gəlmək olar. Qamçılar və zəncirlərlə bağlı köhnə toz basmış çarpayılar insanı dəhşətə gətirir. Qonaqlar bütün bu xidmətlərdən yalnız 1 saat müddətində yararlana bilərlər.

Otel rəhbərliyi qeyd edir ki, bütün qonaqların otelin xidmətlərindən istifadə edə bilməsi üçün maksimum 1 saatlıq limit qoyulub.

Şayiələrə görə, “Fuurin Moteli” fəaliyyətini dayandırdıqdan sonra bura kabuslar tərəfindən lənətlənib. Bu səbəbdən yapon xalqı paranormal hadisələri önə sürərək otelə girməyə cəsarət etmir.

31 yaşlı hollandiyalı fotoqraf Bob Tissen Yaponiyaya gələrək kabusların dolaşdığı "seks otelində" çəkiliş edib. Onun sözlərinə görə, lənətlənmək və kabuslarla dolu əfsanələr yapon xalqının uydurmasıdır.

Yerli xalqı cinsi asılılıqdan uzaqlaşdırmaq məqsədilə uydurulan əfsanələr gerçəklikdən təmiz uzaqdır.

10 ildən çoxdur ki, Bob Tissen Avropada atılmış binaların tarixini araşdırır. Tissenin Yaponiyaya olan xüsusi marağı burada tərk edilmiş və olduqca yaxşı mühafizə olunmuş çox sayda tikililərin olması ilə əlaqəlidir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm