Neptundan kənarda planet tapıldı: Yerdən iki dəfə böyükdür
Bizi izləyin

Maraq dünyası

Neptundan kənarda planet tapıldı: Yerdən iki dəfə böyükdür

Neptundan kənarda planet tapıldı: Yerdən iki dəfə böyükdür

Neptundan kənarda, Günəş sisteminin uzaq orbitində Yer kürəsindən iki dəfə böyük olan başqa bir planet yerləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə beynəlxalq tədqiqatçılar qrupunun hesabatında bildirilir.

Bir qrup alim, naməlum bir planetin cazibə qüvvəsinin cırtdan planet Sedna və Günəş sisteminin kənarındakı digər obyektlərin orbital formalarını ən yaxşı şəkildə izah etdiyini göstərən bir sıra simulyasiyalar aparıb.

Tədqiqatda deyilir: "Nəticələrimiz uzaq, sabit bir orbitdə kəşf edilməmiş... planetin mövcudluğunu təsdiqləyir".

Araşdırmaya görə, alimlərin “X2 Planet” adlandırdığı planet Günəşdən orta hesabla 350-500 astronomik vahid və ya Yerdən eyni məsafədə yerləşə bilər. “Newsweek” jurnalının qeyd etdiyi kimi, bu, onun orbitini sistemdəki səkkizinci planet olan Neptunun orbitinə nisbətən Günəşdən xeyli uzaqlaşdırır. Bundan əlavə, “X2 Planet”inin kütləsi Yer kürəsinin kütləsindən iki dəfə çox ola bilər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm