Maraq dünyası
Çantası qadını güllədən xilas etdi
Nyu York sakini olan bir qadını güllədən çantası xilas edib.
Publika.az xəbər verir ki, 39 yaşlı qadın maşınının baqajını yerbəyer edərkən oğru ona yaxınlaşıb pul və avtomobilin açarlarını tələb edib. Qadın müqavimət göstərəndə qarətçi odlu silahdan atəş açıb. Amma qadının çantasına dəyən güllə orada ilişib qaldığından zərər verməyib.
Cəmi bir gülləsini uğursuz istifadə etmiş qarətçi işi belə görəndə tapançanın arxası ilə qadının başına zərblə vuraraq açarları alıb və maşını da oğurlayıb. Amma uzağa gedə bilməyib. Cəmi altı kilometr yol qət etdikdən sonra oğrunu polislər yaxalayıblar və oğurluq, qarət, hücum, odlu silahdan istifadəyə görə həbs olunub.
Qadın isə xəstəxanaya çatdırılıb. Başına tikiş qoyulduqdan sonra evə buraxılıb.
Şəfiqə ŞƏFA
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi