İspaniyada qanlı festival başladı
Bizi izləyin

Maraq dünyası

İspaniyada qanlı festival başladı

Bu gün İspaniyanın cənubunda yerləşən Pamplona şəhərində “San Fermin” festivalı start götürüb.

Publika.az xəbər verir ki, bu festivalda insanlar buğalarla birlikdə küçələrdə qaçaraq əylənirlər.

Hər il mütəmadi olaraq keçirilən festivalda iştirakçılar başdan-ayağa ağ geyim geyinir və qırmızı qalstuk taxır.

İspanların buğalarla yarış ənənəsinin kökü 16-cə əsrə dayanır. Onlar bu festivalı şəhərin qoruyucu tanrısı kimi tapındıqları Əziz Ferminin xatirəsini yad etmək üçün təşkil edirlər.

Qeyd edək ki, 1910-cu ildən bəri buğalarla qaçış festivalında 16 nəfər dünyasını dəyişib. Buna görə də bu ilki festivalın açılışında heyvan haqları müdafiəçiləri nümayiş keçirib və buğa yarışlarını protesto ediblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm