Maraq dünyası
Adolf Hitlerin telefon kitabçası hərraca çıxarıldı - Kimlərin adları yoxdur ki?..- FOTOLAR
Nasist lideri Adolf Hitlerin nömrələr və ünvanlarla zəngin telefon kitabçası Böyük Britaniyanın "Henry Aldridge and Son" hərracında 33 min funt sterlinqə satılıb.
Publika.az xəbər verir ki, 15 min funt sterlinqə hərraca daxil olan kitabçanın qiyməti 2 qat yüksələrək 33 minə satılıb. Dəri üzlüklü unikal sənəd İkinci Dünya Müharibəsindən sonra hərbiçi Con Xodje (John Hodge) tərəfindən tapılmışdı.
Məlumat kitabçasında əl yazısı ilə qeyd olunmuş 200-dən çox ad, ünvan və telefon nömrələri var. Onların əksəriyyəti nasist partiyasının üzdə olan simalarına aiddir. Onların arasında Henrix Himmler, Yozef Qebbels, Rudolf Qess (Hitlerin müavini 1941-ci ildə İngiltərəyə gedib və orada həbs edilmişdi), German Herinq, İoakim Ribbentonun (müharibənin başlanğıcında əsas rolu oynayıb və işğal edilmiş Polşaya rəhbərlik edib), Reynxard Qeydrix (Xolokostun baş memarı), Albert Şpeer və Albert Borman da var.
Kolleksionerlər və tarixçilər iddia edir ki, əlyazısı oxşasa da, kitabçada Hitlerin özünə aid qeydlərin olmaması olduqca böyük şübhə doğurur.
Məşhur hərrac təşkilatçısı, kolleksioner Endrü Oldrid deyib ki, bu unikal kitabça tarixçilər və kolleksiyaçılar üçün daha əvvəl görünməmiş informasiya mənbəyidir:
"Nasist liderinin müasir tarix ərzində ən dəhşətli rejimləri haqqında yüzlərlə mənbələr var. Bu cür dəyərli mənbənin şans əsəri satışı düzgün deyil. Onların həyatının araşdırılmasına ömrünü vermiş tarixçilər var ki, gərək bu kitabça onların ailə üzvlərinə satılardı".
Kitabçanı alan şəxsin adı gizli saxlanılır.
Könül Cəfərli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu