Maraq dünyası
UNİKAL YENİLİK - Bu ayaqqabıları geyinənlər...
Almaniyanın Nəqliyyat Sistemində daha bir yenilik insanların marağına səbəb olub.
Publika.az xəbər verir ki, ölkənin paytaxtı Berlində nəqliyyatın idarə sistemində metropolitenin elementləri ilə dizayn olunmuş illik gediş bileti kimi istifadə edilən idman ayaqqabıları hazırlanıb.
Sözügedən idman ayaqqabıları yanvarın 16-dan etibarən satışa buraxılıb. İlkin olaraq sadəcə 500 cüt ayaqqabı satışa çıxarılıb. Buna baxmayaraq, ayaqqabı əldə etmək istəyən insanların sayı kifayət qədər çox olduğundan, böyük izdiham yaşanıb. Ayaqqabıların ilkin qiyməti 180 avro təyin edilib.
Ayaqqabılar cari ilin yanvar ayının 16-dan dekabr ayının 31-nə qədər istifadə edilə bilər. Bundan vətəndaşlar Berlində istənilən ictimai nəqliyyat vasitəsində istifadə edə bilərlər.
"Sniker" adlanan ayaqqabılar krossovka modelində hazırlanıb. Ked və krossovkanı xatırladan "snikerlər" Moskvada istifadəyə verilən "üçlü" funksiyaya malik qolbaq, üzük və brelokları xatırladır.
Könül Cəfərli
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO