Maraq dünyası
Saqqal saxlamağın heç yerdə bilinməyən möhtəşəm faydaları - FOTOLAR
Aparılan araşdırmalara görə, saqqal saxlamağın bir çox faydası var. Elm adamları hər kişinin özünə yaraşdığını düşündüyü saqqalın sadəcə görüntüdən ibarət olmadığını, eyni zamanda bir çox faydasının da olduğunu bildirirlər.
Publika.az saqqalın bilinməyən faydalarını təqdim edir.

Saqqal saxlamaq intibah dövründən, yəni 16-cı əsrdən sonra geniş şəkildə yayılmağa başlayıb. Lakin tarix boyu saqqal saxlamaq anlayışına müxtəlif don geyindirilib. Buna görə də bəzən üzü təraş etmək aristokratlıq əlaməti hesab edilib, bəzən isə müdrikliyin simvolu olub. Elm adamlarına görə saqqal saxlamaq üzü gözəlləşdirir. Çünki saqqal cildi xəstəliklərdən və viruslardan qoruyan xüsusi antibiotik maddə istehsal edir.
Saqqalın faydaları nələrdir?
İnfeksiyaların qarşısını alır:

Daimi şəkildə təraş edən kişi cildində pul-pul dəri tökülmələri problemini yaşayır. Saqqalsız kişilər infeksiya qapmaq riskinə qarşı müdafiəsizdir. Təraş olmaqdan vaz keçərsəniz, cildinizdə əmələ gələcək follikulit və bakterial infeksiyaya görə narahatlıq keçirmənizə gərək qalmaz.
Cildi qüsursuz edir:

Təraşdan sonra dəridə yaranan qızartılar, ləkələr və kəsiklər kişilərin ən çox üz-üzə gəldiyi problemlərdir. Qüsursuz cildə sahib olmaq üçün tez-tez təraş olmaqdan vaz keçmək lazımdır.
Astma və allergiyadan qoruyur:

Saqqal sayəsində üzünüzə toz və çirk daha az yapışır. Bunun sayəsində də nəfəs yolları və allergiya riski azalır. Saqqal həm də filtr vəzifəsini daşıyır. Bığ da məhz bu vəzifə üçün nəzərdə tutulub.
Xəstəliklərin qarşısını alır:

Saqqal kişiləri soyuqdan və öskürəkdən qoruyur. Boyun bölgəsinə gələn küləyin qarşısını alaraq vücudun temperaturunun sabit qalmasını təmin edir.
Dəri xərçəngini əngəlləyir:

Southern Queensland Universiteti tərəfindən aparılan araşdırmaya görə, saqqal zərəli şüaların 95%-nin qarşısını alır. Buna görə də dəri daha az şüaya məruz qalır və xərçəng riski azalır.
Gənc qalmağı təmin edir:

Saqqal və yaşlanmaq qorxusu tam bir paradoksdur. Ancaq əslində saqqal saxlamaq təbii qocalmaq prosesinin izlərini gizlətmək üçün möhtəşəm bir üsuldur. Saqqalın kişini daha yaşlı göstərmək kimi rəvayət olsa da, o, Günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyaraq cildin gənc qalmasını təmin edir.
Zümrüd
-
Magazin221:12Evini 108 milyona satdı - FOTO
-
MDB20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
-
Art19:12“Qırmızı qərənfilləri sevmirəm”
-
Dünya19:00Radarlardan itən helikopterin qalıqları tapıldı
-
Nida Xəbər 18:12Vaqif Allahverdiyevə HÖKM OXUNDU
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…

















.jpg)





















