Maraq dünyası
44 yeni kəpənək növü aşkarlandı
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, bitki və heyvanat aləmində elmə məlum olmayan növ qalmayıb. Lakin alimlər heç də belə hesab etmirlər. Xüsusilə alimlər okeanın dərinliklərində flora və faunanın tam tədqiq edilmədiyi, eləcə də həşəratların heç də hamısının elmə məlum olmadığı qənaətindədirlər.
Publika.az xəbər verir ki, bu məqsədlə beş il elmi tədqiqat və axtarışlar aparan bir qrup avstriyalı alim elmə indiyədək məlum olmayan 44 kəpənək növü müəyyən edib. Həmin növlərdən 22-sinin coğrafi cəhətdən dünyanın ən yaxşı tədqiq olunmuş Avropa qitəsində yaşaması isə elmi dairələrdə maraqla qarşılanıb. Yüz otuz il əvvəl Avropada rast gəlinən kəpənək növləri sinifləndirildikdən sonra alimlər bu qitədə elmə sirr olaraq qalan heç bir kəpənək növünün yaşamadığını hesab edirdilər.
Alimlər tədqiqat müddətində həşəratların digər növlərdən fərqlənən forma, rəng və anatomik quruluşu kimi klassik metodlarla yanaşı, genetik analizlər də həyata keçiriblər. Aşkarlanan yeni növlərin əksəriyyətinin artıq genetik barkodları hazırlanıb.
Hazırda dünyada 180 min kəpənək növü məlumdur. Onların 10 mininə Avropada rast gəlmək mümkündür. Alimlər ehtimal edirlər ki, elmə məlum olan kəpənək növlərinin sayı hələ aşkarlanmayan növlərdən üç dəfə azdır.
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi


















.jpg)


















