Maraq dünyası
İki ay yatacaqsınız, üstəlik 18 min dollar qazanacaqsınız - AĞLASIĞMAZ TƏKLİF
Amerika Milli Kosmik Agentliyi (NASA) süni cazibə qanunun sağlamlığa təsirini araşdıracaq. Agentlik bu işdə 24 nəfər könüllü axtarır.
Publika.az xəbər verir ki, 2 ay müddətində könüllülər yatacaq və buna görə onlara 18500 dollar veriləcək.
Könüllülərdən tələb olunan yeganə məqam hər şeyi yataraq etməkdir. Araşdırma üçün 24-55 yaş arasında 12 qadın və kişi seçiləcək. Araşdırma Almaniyanın Köln şəhərindəki Alman Kosmik Mərkəzində aparılacaq.
Proses sentyabrda başlayacaq. Könüllü olmaq istəyənlər mayın 24-dək müraciət edə bilər. Müraciət edənlərin alman dilini bilməsi lazımdır. Seçiləcək şəxslər yemək yemək də daxil olmaqla, hər şeyi yataraq etməlidir. NASA mütəxəssisləri televizor izləyə və kitab oxuyabiləcək şəxslərin sıxılmaması üçün özlərinə bir hobbi tapmağı məsləhət görür.
Ümumilikdə, seçiləcək şəxslər reabilitasiya daxil olmaqla, mərkəzdə 89 gün keçirəcək. Könüllülər kosmosda astronavtlar kimi aşağı doğru 6 dərəcə meyilli olan yataqda ayaqları başlarından bir az yuxarıda yatacaqlar. Könüllülər iki qrupa ayrılacaq. Bir qrup süni cazibə qüvvəsi yaradılan otaqda müxtəlif testlərdən keçiriləcək.
Könüllülər sentrifuqa otağında yatdıqları yerdə 30 dəfə fırladılacaq. Bu testlər zamanı könüllülərin idrak qabiliyyəti, əzələ gücü, tarazlıq, ürək və damar sistemi funksiyaları nəzarətdə saxlanılacaq. Daha sonra onların nəticələri digər otaqlardakı insanların nəticələri ilə müqayisə ediləcək.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu