Maraq dünyası
Koronavirus niyə bu qədər sürətlə yayıldı? - ARAŞDIRMA
ABŞ-ın “Science” dərgisində yayımlanan bir araşdırmada yeni tip koronavirusun sürətlə yayılma səbəbi ortaya qoyulub.
Publika.az xəbər verir ki, araşdırmaya əsasən, COVİD-19 daşıyıcılarının 86%-nin xəbəri olmadan toplumda gəzdiyi və “gizli” adlandırılan bu xəstələrin epidemiyanı alovlandırdığı bildirilib.
Çində səyahətlə bağlı məhdudiyyət tətbiq edilmədən əvvəl hər 7 xəstədən 6-nın xəbəri olmadan virusun yayılmasını təhrik etdiyinə diqqət çəkilib.
Kompüter modelləşdirməsindən istifadə edərək Uhan şəhərindən başlayaraq dünyaya yayılan pandemiyanın izlərini təqib edən araşdırmaçılar az simptom göstərən və ya heç göstərməyən gizli virus daşıyıcılarının xəstəliyi bu günə qədər müəyyən edilən xəstələrin üçdən-ikisinə keçirdiklərini üzə çıxarıb.
Hesabatın yazarlarından olan Kolumbiya Universitetinin üzvü Ceffri Şaman koronavirusun bu qədər geniş yayılmasını təmin edən faktın insanların soyuqdəymə ilə COVİD-19-u səhv salmaları olduğunu bildirib.
Zümrüd
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu







































