Maraq dünyası
Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
Amerikalı milyarder İlon Maskın 78 yaşlı anası Mey Mask oğlu ilə görüşmək üçün Texasdakı “Starbase” kosmodromuna gedərkən gecəni onun qarajında keçirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Mey Mask “The New York Post”a açıqlamasında döşəkdə, hətta yerdə yatmağın onun üçün problem olmadığını deyib.
“Divan və ya yerdə döşək varsa, mən tamamilə razıyam. Yerdə yatmaq olar, əsas odur ki, başının üstündə dam var. Bu isə artıq lüksdür”, - deyə o bildirib.
Mey Maskın sözlərinə görə, o, çətin şəraitə öyrəşib. Uşaqlıq və gənclik illərində Kalahari səhrasında düşərgələrə gedib, 60 yaşına qədər isə tez-tez dostlarının evində gecələyib.
Üç uşağını tək böyüdüb
Mey Mask bir müddət bir neçə işdə çalışaraq üç övladını - İlon, Kimbal və Toskani tək böyüdüb. O, dietoloq kimi işləyib, qidalanma üzrə dərs deyib və paralel olaraq model karyerasını qurub.
Onun sözlərinə görə, həyatda bir çox şeydən imtina etmək mümkündür: restoran, kino, dəbdəbəli geyim və digər rahatlıqlar əsas məsələ deyil.
Mey Mask bu həyat fəlsəfəsini yeni kitabı “Timeless: The Art of Reinvention and Resilience at Any Age”də ("Zamana meydan oxuyan: Hər yaşda yenidən doğulma və dözümlülük sənəti") də əks etdirib.
Ən yaxşı illəri hansı yaşlarında olub?
Mey Mask 50 yaşında Nyu-Yorka köçüb və model karyerasını burada davam etdirib. 2022-ci ildə “Sports Illustrated Swimsuit” jurnalında çəkilən ən yaşlı qadın olub. Hazırda isə “CoverGirl” brendinin simalarından biridir.
O, 80 yaşına yaxınlaşmasına baxmayaraq, işləməyə davam edir və pensiyaya çıxmaq barədə düşünmür.
“Deyərdim ki, 70 yaşlarım ən yaxşı illərim olub. Həqiqətən də, ən yaxşı illərim idi”, - Mey Mask bildirib.
O, İlon Maskın uşaqları ilə münasibətindən də danışıb. Meyin sözlərinə görə, milyarder övladları ilə birlikdə olanda bütün diqqətini onlara yönəldir.
Bununla belə, o, oğlunun iş dünyasındakı düşüncə tərzini hər zaman başa düşmədiyini zarafatla qeyd edib. Mey Mask xatırladıb ki, İlon bir dəfə səhər yeməyinə gələrkən bütün gecəni raket layihəsi üzərində işlədiyini deyib.
“Mən ona hansısa ekspert məsləhəti verə bilmərəm. Sadəcə qayğanaq təklif edə bilərəm”, - deyə o gülümsəyib.
Müəllif: Adəm Abbaslı

-
Magazin222:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO
-
İdman20:48Messidən SON MESAJ: “Əlimdən gələni edib rahatlıqla ayrılıram”
-
Sosial20:12Sveta Əsədova vəfat etdi - FOTO
-
Nida Xəbər 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO
-
ABŞ18:50Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik











.jpg)












.jpg)










.jpg)

