Karantindən sonra gəzintiyə çıxan cütlük bir anda dünya gündəminə düşdü: tapdıqları zibilin içindən... - FOTO
Bizi izləyin

Maraq dünyası

Karantindən sonra gəzintiyə çıxan cütlük bir anda dünya gündəminə düşdü: tapdıqları zibilin içindən... - FOTO

Pandemiyaya qarşı elan olunan xüsusi karantin rejiminin yumşaldılmasından sonra avtomobillə gəzintiyə çıxan amerikalı cütlük Emili və Devid Şantz bir anda dünya gündəminə düşüb.

Publika.az xəbər verir ki, cütlüyün Vircinia ştatındakı Karolina mahalında gəzintisi zamanı naməlum avtomobildən bayıra 2 çanta atılıb.

Avtomobillə yanlışlıqla çantaya vuran cütlük bir neçə metr sonra daha bir bənzər çanta tapıb.

Cütlük çantaları zibil zənn edib və avtomobilin yük yerinə qoyaraq yoluna davam edib. Evə qayıtdıqlarında isə çantanın içində 1 milyon dollar olduğunu görüb. Cütlük dərhal polisə xəbər verib.

Səlahiyyətli şəxslər çantaların poçt xidmətinə aid olduğunu və banka transfer edilmək üçün aparılan zaman itdiyini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm