Maraq dünyası
Hərracda üzümün bir salxımı 12 min dollara satıldı - - FOTO
Yaponiyanın mərkəzində bu il keçirilən ilk hərracda “Ruby Roman” (“Roma yaqutu”) üzümünün bir salxımı 1,3 milyon yenə (təqribən 12 min dollar) satılıb.
Publika.az xəbər verir ki, Yapon dənizi sahilində yerləşən İşikava prefekturasında yetişdirilən həmin salxım hərrac vaxtı 100 salxım arasından seçilib.
Üzərində 30 ədəd üzüm və çəkisi təqribən 900 qram olan salxımı Yaponiyanın tanınmış restoranlarından birinin operatoru alıb. Operator şirkətin nümayəndəsinin bildirdiyinə görə, cari ildə fermerlər koronavirus pandemiyasına görə çox zərər çəkiblər. Buna görə də ilin ilk hərracının uğurlu başlaması onlar üçün böyük stimul yarada bilər. Hərrac vaxtı alınmış salxımların müştərilərə pulsuz paylanacağı da bildirilib.
Qeyd edək ki, “Ruby Roman” üzüm növü böyüklüyü və tərkibində şəkərin çoxluğu ilə seçilir. Hərracda qoyulan şərtlərə görə, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük və tərkibində şəkərin miqdarı 18 faizdən yuxarı olmalıdır.
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz4 Oktyabr 20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO











.jpg)






















.jpg)