Maraq dünyası
"Qarınlı" kişilər ailəsini bu cür dolandırır
Rus qadın çinlilərin qəribə vərdişlərindən danışıb.
Publika.az xəbər verir ki, rusiyalı səyahət bloggeri çinli kişilərin küçədə qarnıaçıq şəkildə gəzməklərindən danışıb. O, öz müşahidələrini Zen platformasında “Bura sənin olduğun yer deyil” adlı bloqda paylaşıb.
Müəllif qeyd edib ki, Çin küçələrində sinələrinə qədər bükülmüş köynəkli kişilərə tez-tez rast gəlmək olar. Tanıdığı çinli qadın ona başa salıb ki, onların kişiləri istidən belə xilas olur: “Dövlət bununla mübarizə aparır, təbliğat gedir, deyirlər ki, Qərbdə bizə gülürlər, bu, mədəniyyətsizlikdir".
Bu vərdiş kilolu kişilər arasında da geniş yayılıb. “Əgər onun qarnı böyükdürsə, bu o deməkdir ki, ailəsini dolandıra bilər”, - çinli qadın izah edib.
Çin kişilərinin başqa bir xüsusiyyəti də var - çeçələ barmağın dırnağını uzadırlar. Rus bloqqer qeyd edib ki, bu, "rahatlıq üçün" istifadə olunur.
"Ümumiyyətlə, bəzən çinlilərdən heç nə soruşmamaq daha yaxşıdır, əks halda cavab çox təəccüblü ola bilər" deyə müəllif istehza ilə vurğulayıb.
Mehti Kamiloğlu
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı




































