Dünya
İsrail səfirinin oğlu hücumda ağır yaralandı – Digər oğlu Qəzzada həlak olub
İsrailin ABŞ-dakı səfiri Yexiel Leyterin oğlu Neriah Leyter İordan çayının Qərb sahilində İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə edilən hücum zamanı ağır yaralanıb.
Publika.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, ABŞ vətəndaşlığı da olan Neriah Leyter İsrail ordusunda ehtiyatda olan hərbi qulluqçu kimi xidmət edir.
Hadisə Modi'in şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində baş verib. Məlumata görə, avtomobil məntəqəyə çırpılıb və həmin vaxt orada xidmət aparan Leyter ağır xəsarət alıb. O, ağır vəziyyətdə Qüdsdəki xəstəxanalardan birinə çatdırılıb və hazırda müalicə olunur.
“The Times of Israel”in məlumatına görə, hücumu həyata keçirən şəxs Fələstinin Beyt-Ur ət-Taxta kəndindən olan 29 yaşlı Mahmud Məhəmməd Sliman olub. O, hadisə yerində öldürülüb.
Qeyd edək ki, İsrail səfirinin digər oğlu Moşe Yedidya 2023-cü ildə Qəzza zolağında gedən döyüşlər zamanı həlak olub. Mayor rütbəsində olan Moşe Yedidya İsrail ordusunda bölük komandiri kimi xidmət edib.
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin223 Sentyabr 12:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı






































