Maraq dünyası
Mask türkcə bilən işçi axtarır - Maaşı...
"SpaceX" şirkəti Türkiyədə Starlink internet xidmətini istifadəyə verməyə hazırlaşır. ABŞ-da yerləşən şirkət bu məqsədlə türkcə bilən Starlink nümayəndəsi axtarır.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, "SpaceX" "müştəri xidmətləri" və "müştəri nümayəndəsi" adlı vəzifələr üçün iş elanları dərc edib.
Türkiyədə peyk internet infrastrukturunu təmin etmək üçün şirkət türk, həm də ingilis dillərini bilən kadr axtarışına başlayıb. İş elanında əmək haqqı açıqlanıb.
Müvafiq olaraq 10 saatlıq iş üçün gündə 220 və 245 dollar təklif olunur.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskla görüşündə Türkiyənin kosmik proqramının həyata keçirilməsi çərçivəsində "SpaceX" ilə əməkdaşlığın mümkünlüyünü açıqlamışdı.
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı




































