Maraq dünyası
İtkin düşən 2 yaşlı uşağı itlər belə qorudu: İBRƏTAMİZ MƏNZƏRƏ
ABŞ-ın Miçiqan ştatında itkin düşən 2 yaşlı uşaq ailənin iki iti ilə birlikdə meşədə tapılıb.
Publika.az xəbər verir ki, uşaq ailə üzvlərinin xəbəri olmadan evdən gedib və yoxa çıxıb. Uşağı tapa bilməyən ailə polisə müraciət edib. Ştat polisi axtarışda itlərdən və dronlardan istifadə edib. Meşə ərazisində polislə birlikdə axtarışlara Miçiqan və qonşu Viskonsin ştatından olan vətəndaşlar da qatılıb.
Gecə yarısı ATV idarə edən şəxs polisə müraciət edərək uşağı evdən təxminən 5 kilometr aralıda tapdığını bildirib. Polis leytenantı Mark Ciannunzio, uşağın ailənin iki iti ilə birlikdə tapıldığını açıqlayıb.
Hadisə ilə bağlı Ciannunzio, "Uşaq uzanıb itlərdən birini yastıq kimi istifadə edirdi. Digər it isə onun yanına uzanaraq onu qoruyurdu. Bu, həqiqətən də diqqətçəkən bir hekayədir", - deyə bildirib.
O qeyd edib ki, uşaq tibb işçiləri tərəfindən müayinə olunub və səhhətində heç bir problem yoxdur.
Nəzrin
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı




































