Maraq dünyası
Maskın insanabənzər robotunun yeni bacarıqları görənləri heyrətləndirir - VİDEO
Müasir texnologiya heyrətləndirməkdə davam edir. Amerikalı milyarder İlon Maska məxsus “Tesla”nın insanabənzər robotu “Optimus” yeni bacarıqlarını nümayiş edib.
Publika.az xəbər verir ki, humanoid kameradan alınan məlumatlar əsasında obyektləri müstəqil şəkildə təsnif edə, həmçinin yoqa hərəkətlərini yerinə yetirə bilir.
Bununla əlaqədar yayılan videoda görünür ki, robot rəngarəng kubları müvafiq qablarda uğurla çeşidləyir.
Mütəxəssislərin sözlərinə görə, bunun üçün “Optimus” “Tesla FSD 12” avtonom idarəetmə sisteminə bənzər texnologiyadan istifadə edib. Bu, robota öz mühitini təhlil etməyə və alınan məlumat əsasında qərarlar qəbul etməyə imkan verir.
Xatırladaq ki, robot ilk dəfə 2021-ci ilin avqustunda “Tesla” tərəfindən təqdim edilib. Cihazın yaradılmasının əsas məqsədi ağır əşyaların daşınması və ya ərzaq alış-verişi kimi adi, yaxud da potensial təhlükəli işləri yerinə yetirməkdir.
1,8 metr boyunda, 57 kq çəkidə olan robotun sürəti 8 km/saata çata bilir.
oxu.az
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı




































