Acı qisas: Bu məşhuru gəlin karvanında yox, cənazə maşınında apardılar
Bizi izləyin

Maraq dünyası

Acı qisas: Bu məşhuru gəlin karvanında yox, cənazə maşınında apardılar

19 may 2018-ci ildə dünyanın ən maraqla izlənən cütlüklərindən biri olan şahzadə Harri və amerikalı aktrisa Meqan Markl evləndilər. Müqəddəs Corc Kilsəsindəki o toyu bütün dünya böyük maraqla izlədi.

Publika.az xəbər verir ki, həmin günün ən diqqət çəkən adamı Harri ilə evlənən Meqan Markl idi. Əvvəla, o bir amerikalı idi. Sonra aktyor idi. Hətta yeni həyatı üçün öz peşəsi ilə vidalaşmışdı. Ancaq daha vacib bir detal var idi: Meqan Markl əvvəllər evli olmuşdu. Belə ki, Harri onun ikinci əri idi. Daha maraqlısı da o idi ki, mərasimdə ailəsindən yalnız anası Doria Raqland iştirak edirdi. Həmin gün dünyanın izlədiyi mərasimdə nə atası, nə də digər qohumları iştirak edirdi. Meqan hətta bir müddət ibadətgahda o vaxt vəliəhd olan qayınatası Çarlz tərəfindən müşayiət olundu.

Bütün bunlardan əlavə, Markl müasir dövrdə Britaniya kral ailəsinin yüksək səviyyəli üzvü ilə evlənən ilk qarışıq irqli qadın idi, toyun niyə bu qədər diqqət çəkdiyini izah etməyə ehtiyac yoxdur.

Toydan əvvəlki söz-söhbətlər bir yana, hər kəs Meqan Marklın həmin gün nə geyinəcəyi ilə maraqlanırdı. Yəni onun gəlinliyi ilə. Markl da ilk baxışda hər kəsi təəccübləndirən bir seçim etdi. O, çox sadə bir gəlinlik geyinmişdi. Hətta bəzi yerləri qırışdığı üçün sonradan çox tənqid olundu. Üstəlik, bir çox rəylərə görə, onun geyindiyi gəlinlik Markl üçün bir ölçü böyük idi.

Lakin 2018-ci ildə həmin toyda maraqlı insanların diqqətini çəkən başqa bir detal da var idi. Meqan Markl və anası Doria Raqlandı toya hazırlaşdıqları "Cliveden" Evindən Müqəddəs Corc kilsəsinə aparan qara Rolls Royce. Həmin avtomobilin gəlin kimi maraqlı bir tarixçəsi var idi. Çünki illər əvvəl həmin məşhur avtomobil Britaniya kral ailəsinin başqa bir amerikalı gəlinini daşıyırdı. Amma o gəlinin əynində ağ gəlinlik yox, qara yas donu vardı. Üzü ərinin tezliklə açacağı pərdə ilə yox, qəminin simvolu olan qara tül ilə örtülmüşdü. Yəni o qara maşın toydan 46 il əvvəl yas mərasimində istifadə olunmuşdu.

Meqan Marklı anası ilə birlikdə Şahzadə Harri ilə evlənəcəyi kilsəyə aparan on Rolls Royce-a Meqandan illər əvvəl, 1972-ci ildə son səfərinə yola salınarkən uğrunda keçmiş kralın tacından və taxtından imtina etdiyi amerikalı Uollis Simpson minirdi. Onun getdiyi yer ərinin dəfn mərasimi idi. Bu vəziyyət əvvəlcə çox diqqət çəkməsə də, illər əvvəl dəfn mərasiminə dul qadını daşıyan bu avtomobilin Meqanın toyunda istifadə edilməsi bəzi söz-söhbətlərə səbəb oldu. Belə ki, bunlar hələ də zaman-zaman gündəmə gəlir. Görəsən, bu, Meqan Marklın toydan dərhal əvvəl sərgilədiyi və reaksiyalara səbəb olan davranışlara məruz qalan ailənin acı qisası ola bilərdimi?

Bəzi krallıq ekspertlərinin fikrincə, bu, məhz belə idi. Həmin qara maşın toydan əvvəl yaşanan gərginliyin intiqamı idi. Çünki indi hər kəsə məlumdur ki, Meqan bir çox mövzuda, xüsusən də ona verilən gəlinlik tacı ilə bağlı gərginlik yaşayıb və bu, ətrafdakılara da məlumdur. Ola bilsin ki, bu, Britaniya kral ailəsinin hər bir hərəkətində, hətta geyimlərində və aksessuarlarında olduğu kimi bu məsələdə də aktual bir mesajı idi.

Meqandan illər əvvəl eyni avtomobilə minən Uollis Simpson Britaniya kral ailəsinin gəlini olub. Halbuki o zaman ailənin kişilərindən birinin, xüsusən də kral olduğu halda əvvəllər boşanmış qadınla evlənməsi mümkün deyildi. Kral VIII Edvard Uollis Simpsona olan məhəbbətinə görə taxt-tacdan imtina etdi. Sonra taxt Kraliça II Yelizavetanın atasına keçdi. Edvard və Uollis Simpson 1937-ci ildə evləndilər. Kral ailəsinin aparıcı üzvlərindən heç biri toy mərasimində iştirak etmədi. Bu evlilikdən sonra cütlük Uindsor Hersoqu və Uindsor Düşes titullarını aldılar. Uollis Simpson da 1986-cı ildə vəfat edib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm