Maraq dünyası
Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
Rusiyada maraqlı hadisə baş verib.
Publika.az REN TV-yə istinadən xəbər verir ki, Çukotka sakini ayı ilə üz-üzə gəlsə də vəhşi heyvanın hücumundan sonra sağ qala bilib. Qeyd edilib ki, kişi müxtəlif bədən xəsarətləri alıb.
"Ayı Eqvekinot rayonunda maralları otaran çobana hücum edib və qurban möcüzəvi şəkildə sağ qalıb. İlkin məlumatlara görə, ayı onu dişləyib və kişi budundan ağır yaralar alıb. Onun vəziyyəti orta-ağırdır. Onu tezliklə xəstəxanaya yerləşdirəcəklər",- məlumatda qeyd edilib.
Xatırladaq ki, bundan öncə Kamçatkada ayı giləmeyvə yığan kişini parçalamışdı. Həmin vaxt dostları kişini meşəlik sahəyə giləmeyvə yığmağa gətiriblərmiş. Daha sonra o, yaxınlarına zəng edib və bir vedrə qarağat yığdığını bildirib. Lakin qəfl bir ayı ona yaxınlaşıb giləmeyvələri yeməyə başlayıb. Qısa müddət sonra kişi ilə əlaqə kəsilib. Ayı qurbanının cəsədini basdırsa da, onunla bərabər meşəyə gələn tanışlar cəsədi tapıblar.
Müəllif: Tural
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)








