İnanc
Uşaqları stresdən qorumağın effektiv üsulları
Duyğulu söhbətlər və isti sığal uşaqlara stresin öhdəsindən gəlməyə kömək edir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Uşaq Sağlamlığı üzrə Milli Elmi Mərkəzinin Xüsusi psixologiya və təhsil laboratoriyasının müdiri Tatyana Sviridova danışıb. Ekspert qeyd edib ki, uşağın sevgi və dəstəyə çox ehtiyacı var: "Onun üçün xoş sözlər eşitmək, eləcə də valideyn məhəbbətini, qayğısını hiss etmək vacibdir".
Buna görə də psixoloq uşağa hər cür dəstək olmağı və onu tez-tez qucaqlamağı tövsiyə edir. Eyni zamanda mütəxəssis pis xəbərləri və hadisələri uşaqların yanında danışmamağı, müzakirə etməməyi tapşırıb. Əgər başqa seçiminiz yoxdursa, o zaman sakit qalmaq və mənfi proqnozlardan qaçmaq lazımdır. Ekspertin sözlərinə görə, uşaqlara nəfəs məşqləri də öyrədilməlidir:"Belə məşqlər narahatlığın öhdəsindən gəlməyə kömək edəcək. Əgər aqressiv və ya qorxulu vəziyyət yaranıbsa, böyüklərə sadə bir nəfəs texnikasını yerinə yetirməyi tövsiyə edirəm: dərindən nəfəs alın, dördə qədər sayın, nəfəsinizi saxlayın, həmçinin dördə qədər saymaqla dərindən nəfəs alın”, - ekspert "kp.ru"-ya açıqlamasında bildirib.
Sonda Sviridova sözlərinə onu da əlavə edib ki, gəzintilər, açıq hava oyunları və üzmək sinir sistemindəki gərginliyi aradan qaldırmağa kömək edir.
Aytən Məftun
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil









.jpg)













.png)
















