İnanc
Füzulidə məscidin açılış tarixi MƏLUM OLDU
Türkmənistanın Füzuli şəhərində inşa etdiyi məscidin açılışının 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.
Publika.az "Report"a istinadla xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Bakıda Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Səfir Arkadağ və Füzuli şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasını qeyd edərək, birgə təşəbbüslərin və irimiqyaslı layihələrin iki xalq arasındakı dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
"Hazırda daha bir mühüm layihə - Füzuli şəhərində məscid tikintisi həyata keçirilir. Məscidin açılış mərasiminin bu ilin sonunda və ya gələn ilin əvvəlində keçirilməsi planlaşdırılır", - o qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, digər dövlət və hökumət başçıları Türkmənistanın Füzulidə inşa edəcəyi məscidin təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi


















.jpg)













.jpg)
.jpg)

