İnanc
"Dini vəhdət - milli birlik": din xadimləri üçün seminar keçirildi - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallıda din xadimləri üçün “Dini vəhdət-milli birlik” adlı üç günlük seminar keçirilib.
Publika.az xəbər verir ki, tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, QMİ-nin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Masallı, Oğuz, Qəbələ və Şamaxı rayonlarından olan din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Üç günlük seminar çərçivəsində din xadimlərilərinin iştirakı ilə Masallı şəhər “Cümə” məscidində vəhdət namazı qılınıb, Qəhrəmanlar parkı, Şəhidlər Abidə Kompleksi ziyarət edilib. Tədbirdə seminar iştirakçılarına ekspertlər tərəfindən mühazirələr oxunub, maarifləndirici xarakterli film və videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, üç günlük seminarda yerli din xadimləri ilə yanaşı, Oğuz, Qəbələ və Şamaxıdan olan din xadimləri də iştirak edirlər. Seminarın məqsədi ölkəmizdəki məzhəblərarası münasibətlər, multikulturalizm və tolerantlıq mühitinin gücləndirilməsi, dini vəhdət və milli birliyimizin möhkəmləndirilməsidir.
-
Sağlamlıq14:42Saçlarının yarsı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi




















.png)















