İnanc
Allahşükür Paşazadə Rusiyanın patriarxı ilə görüşdü
Dekabrın 7-də Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş Danil monastırında baş tutub.
Görüş zamanı Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb.
“Biz sizinlə mütəmadi görüşürük və düşünürəm ki, bu görüşləri davam etdirmək lazımdır. Belə görüşlər münasibətlərdə xeyirxah ab-hava yaradır, dövlətlərarası münasibətlərə, eyni zamanda, təəssüf ki, indiyədək həll olunmamış məsələlərin həllinə də müsbət təsir göstərir. 30 ildən çoxdur belə format davam edir. Hesab edirəm ki, xüsusilə də münaqişələr zamanı biz vəziyyətə müsbət təsir göstərmək üçün səylərimizi artırmalıyıq ki, real nəticə əldə edək və vəziyyəti yaxşılığa doğru dəyişək", - Rusiyanın Patriarxı deyib.
Görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxına xalça üzərinə həkk olunmuş portretini hədiyyə edib. ("Report")
-
Sağlamlıq14:42Saçlarının yarsı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi




















.png)















