İnanc
Cütlüyün gələcəkdə ayrılacağını öncədən bilir - 15 dəqiqə bəsdir ki...
Evlilik üzrə ekspert Con Qotman Vaşinqton Universitetinin nəzdində yaratdığı labaratoriyada 700-ə yaxın evli cütlüyü 40 ildir ki, müşahidə etdiyi nəhəng elmi araşdırma aparır.
Publika.az xəbər verir ki, bu sözləri pəşəkar münasibət və boşanma kouçu Kama Əhməd deyib. O, bildirib ki, araşdırmaların nəticəsində Con Qotman evli cütlüklərin boşanıb boşanmayacağını 95% ehtimalla doğru proqnozlaşdırır.
Qotmanın "apokalipsisin dörd atlısı" adlandırdığı 4 boşanma proqnozozu var:
1. Tənqid(şəxsiyyəti alçaltma)
2. Özünümüdafiə (defensiveness)
3. Hörmətsizlik/ikrah(contempt)
4. Divar hörmə/Susaraq cəzalandırma, yox saymaq ("stone walling")
Qotmanın sözlərinə görə, qadınlar daha çox tənqid edir, "yox saymaq" isə kişilərə xas göstəricidir. Mütəxəssis bildirib ki, boşanma olub-olmayacağı barədə proqnoz vermək üçün evli bir cütlüyün 10-15 dəqiqəlik söhbətini müşahidə etmək kifayət edir. O, əlavə edib ki, cütlüyün ünsiyyətində bu göstəricilərdən biri və ya bir neçəsi müşahidə olunarsa, evlilik boşanmaya məhkumdur. Evliliyinizdə bu dörtlükdən hansı mövcuddur?
-
Sağlamlıq14:42Saçlarının yarsı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi




















.png)















