İnanc
12 min manatlıq Həcc ziyarəti: Quranda Kəbənin ətrafında fırlanmaq varmı? - VİDEO
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, bu məbləğ ötən il 5350 dollar idi.
İlahiyyatçı Elşad Miri Azərbaycanda Həcc ziyarətinin qiymətinin bahalaşmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, ilahiyyatçı Həcc ziyarətinə sərf ediləcək böyük pullarla imkansız, yardıma ehtiyacı olan bir neçə ailəyə dəstək olunmasını daha məqsəduyğun hesab edir:
E.Miri Həcc ziyarətinə gedənlərin böyük əksəriyyətinin imkanlı şəxslər olmadığına da diqqət çəkib:
“İnsanların əksəriyyətə Həcc ziyarətinə maaşlarından kəsərək, öz boğazlarına yemək almayıb ora gedirlər. Deyirlər ki, həyatımızda bir dəfə də olsa, ora gedim, görüm, ziyarət edim. Belə bir hədislər uydururdular ki, ora gəlib düzgün Həcc əməlləri yerinə yetirən insanların bütün günahları bağışlanır. Ona görə də imkanlı şəxslər, bəzi korrupsioner insanlar hər il gedərək günahlarını yumağa çalışırlar. Sanki ora günah yuma maşınıdır.
Orada yaşayan insanlar var ki, heç Həcc ziyarətinə getməyib. Qurani-kərimin 22-ci surəsinin (Həcc surəsi) 26-cı ayəsində deyilir: “Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!”
Allahın istədiyi budurmu, dövrə vurmaqdırmı? Əslində, məqsəd orada müxtəlif ölkələrdən olan insanların bir araya toplaşaraq problemlərini öyrənməkdir. Amma orada turistik formada qalırlar, qayıtdıqdan sonra qadınlar özlərinə "Hacı xanım", kişilər "Hacı" dedirdir. Sanki süddən çıxmış ağ qaşıqdırlar...”.
Daha ətraflı videomaterialda:
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi









.jpg)













.png)
















