İnanc
Tələbələr imtahan həyəcanından bu yolla qurtula bilər - Unikal metod
Pedaqoji elmlər doktoru, metodist, praktik psixoloq Nadejda Vorontsova stressli vəziyyətlərdə, xüsusilə imtahan öncəsi stressi azaltmaq üsullarından danışıb.
Publika.az xəbər verir ki, bu barədə Moslenta.ru-ya müsahibəsində danışan ekspert imtahanlar zamanı həm məktəblilərə, həm də onların valideynlərinə “gülümsəyərək nəfəs almağı” tövsiyə edib.
Bunun üçün dərindən və yavaş-yavaş nəfəs almalı, hər inhalyasiya və ekshalasiyadan sonra dodaqlarınızı gülümsəyərək uzatmalısınız. Psixoloqun fikrincə, bu məşq beyni sakitləşdirəcək və panika vəziyyətini aradan qaldıracaq. Zehni dəyişdirmək, idarə etmək və nəzarəti əldə saxlamaq üçün insanın gördüklərinə, eşitdiklərinə, hansı qoxu və dadı hiss etdiyinə diqqət yetirməsi lazımdır. Bədənin müxtəlif hissələrində gərginliyi azaldan və rahatlaşdıran məşqlər qan axınını normallaşdırmağa və lazımsız emosiyaları aradan qaldırmağa imkan verəcək.
İmtahan və ya digər stressli hadisə ərəfəsində Voronçova düzgün qidalanmağı, daha çox su içməyi, vitaminlər qəbul etməyi, fiziki fəaliyyəti davam etdirməyi, sərin duş qəbul etməyi və qorxular üzərində işləməyi tövsiyə etdi.
Son ipucunu tamamlamaq üçün sizə bir kağız parçası və qələm lazımdır. İki sütundan ibarət bir cədvəl hazırlayın, birincidə qorxularınızın 10-nu yazın, ikincisində isə onların təkzibini yazın. Məsələn, “Qorxuram ki, nəyisə unudacam və çətin məsələni həll edə bilməyəcəm" kimi fikirlər abituriyentlər üçün çox aktualdır. Eyni zamanda “Mənim əla yaddaşım var və bütün çətin məsələləri artıq dəfələrlə həll etmişəm, Mən bunun öhdəsindən gələ bilərəm” yazmaqla qorxularınıza qalib gələ bilərsiniz. Psixoloqun sözlərinə görə, imtahandan əvvəl ikinci sütundakı ifadələrin təkrarlanması vacibdir.
Aytən Məftun
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu



















.png)















