İnanc
İnsanların çox gec öyrəndiyi 14 həyat dərsi: Ağzınıza nəzarət edə bilmirsinizsə...
Uorren Baffett dünyanın ən varlı insanlarından biridir. Müdrik sahibkar eyni zamanda 2018-ci ildə ABŞ-də üçüncü ən böyük sərvətə malik olub. "Görücü", "Omahanın sehrbazı" (ing. Wizard of Omaha) , "Omahadan olan kahin" (ing. Oracle of Omaha) ləqəbləri ilə tanınan Baffet ən böyük xeyriyyəçilərdən biri kimi tanınır. Amma biz bu yazıda Baffetin xeyriyyəçiliyindən danışmaq fikrində deyilik.
Publika.az oxucuları amerikalı sahibkarın həyata dair fikirləri ilə tanış edir.
İnsanların çox gec öyrəndiyi 14 dərs
1. Nə qədər az danışsanız, sözləriniz bir o qədər önəmli olar.
2. Hər şeyi şəxsi qəbul etmə, hər kəs səni sənin qədər düşünmür.
3. Bəzən bir anın dəyərini, o, xatirəyə çevrilənə qədər əsla bilmirsən.
4. Birlikdə ən çox vaxt keçirdiyiniz 5 insanın "ortaq məxrəcisiniz".
5. Minnətdar olduqlarınızı qeyd etməyə başladığınız zaman sahib olmadıqlarınızı gözdən qaçırmağa başlaya bilərsiniz.
6. Problemlərə köklənəndə daha çox problemlə üzləşirsiniz. İmkanlara köklənəndə isə qarşınıza daha çox fürsət çıxmağa başlayır.
7. Səhərlər üzləşməli olduğun tək insan özünsən.
8. Sənin üçün önəmli olan birinin diqqətsizliyini beynin fiziki ağrı kimi qəbul edir.
9. Potensialınız özünüzü nə qədər tanıdığınızla bağlı birbaşa əlaqəlidir.
10. Həyat, 10 faiz başına gələnlər və 90 faizi onlara necə reaksiya verməyindir.
11. Yeni nələrsə öyrənməkdən qətiyyən qorxma, çünki biliklərinin çərçivəsi içində qalanda həyat sıxıcı hal alır.
12. Heç nə sizə özünüzü ürəkdən gördüyünüz iş qədər yaxşı hiss etdirməz.
13. Ağzınıza nəzarət edə bilmirsinizsə, gələcəyinizi idarə edə bilməzsiniz.
14. İndi sizi nə qədər incitsə də, bir gün geriyə dönüb baxanda anlayacaqsınız ki, bu mücadiləniz həyatınızı daha yaxşıya doğru dəyişib.
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman7 Oktyabr 11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya7 Oktyabr 11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?









.jpg)














.png)














