İnanc
10 yaş cavan görünməyin sirri
Təəccüblü deyil ki, bütün sağlamlıq problemləri əsəbdən qaynaqlanır. Bu görünüşə də aiddir. "İnsana başqa bir baxış" konsepsiyasının müəllifi, rusiyalı mütəxəssis Aleksandr Rossiykiyin sözlərinə görə, stress bədənin və üzün vəziyyətinə ciddi təsir edir. Bədəndəki sıxılmalar və spazmlar bədənin stressə qarşı qoruyucu reaksiyasıdır. Həddindən artıq emosional gərginlik anatomik strukturların sinir ucları ilə yerdəyişməsinə səbəb olur. Daim gərginlik içində olan bədən tam istirahət edə bilmir, bu da sıxılmış nahiyədə narahatlıq və ağrıya səbəb olur. Ekspert hesab edir ki, görünüşümüz həm də psixi vəziyyətimizi əks etdirir. Üzümüz sonsuz sayda əzələdir və insanın necə görünəcəyi birbaşa onun tonusundan asılıdır. Əzələlər rahat və gərgin, qısa və uzun ola bilər. Lakin bütün məsələ başqa bir amil-fasiya (lat. Facies-zahiri cəhət, sima) ilə bağlıdır.
Publika.az oxucuları mütəxissin stressin dəriyə təsiri barədə fikirləri ilə tanış edir.
Fassiya nədir?
Fasiya sinirləri, damarları, ligamentləri və əzələləri bir korset halına salan birləşdirici toxumadır, "İnsana başqa bir baxış" anlayışında ona fassial barama deyilir. Sadə sözlə desək, bu, bütün bədənimizi əhatə edən, ona orijinal insan formasını verən şəffaf elastik bir pərdədir.
Stress görünüşümüzü necə dəyişir?
Fasiya elastikdir, lakin insan daimi stress altında olduqda, psixo-emosional problemlərlə yüklənəndə xroniki gərginlik fasiya toxumasına ötürülür və o, avtomatik olaraq formasını dəyişməyə, yəni dartılmağa başlayır. Bu, psixika ilə bədən arasındakı çox mistik əlaqədir. Məsələn, bir insan qəzəb və ya uzun müddət mənfi emosiyalar hiss edirsə, çənə nahiyəsində bütün əzələlər sıxılır, fasya büzülür, ölçüləri kiçilir, eyni zamanda daha sıx olur. Və bir sahədə dəyişdikdən sonra bədənin qalan hissələri də həddindən artıq sıxılmağa başlayır. Bu cür dəyişikliklər başı deformasiya edir: formasını dəyişə bilər, fərqli bir ölçüyə çevrilə bilər, eyni şey üzdə də olur - asimmetriya və qırışlar meydana gəlir.
Bundan əlavə, stress və gərginlik göz quruluşunun ölçüsünə və formasına, çənənin kəskin və ya daha assimmetrik olmasına və s. təsir edir. Yəqin ki, özünüzdə və ya başqa insanlarda tez-tez bir gözün digərindən fərqləndiyini görmüsünüz. Səbəblərdən biri sadəcə deformasiya olunmuş fasiya ola bilər.
Gözəllik üçbucağı
Beləliklə, anladıq ki, həyatın emosional komponenti sözün həqiqi mənasında insana "təzyiq edir", çünki bütün stresslər və təcrübələr görünüşə təsir göstərir. Gözlərimiz daxili şüuraltı münasibətləri əks etdirir, üz, əzələ tonusu və fassial barama insanın hansı psixotravma keçirdiyini, başında nələr olduğunu, içində hansı ağrı olduğunu göstərir. Yəni başa düşmək lazımdır ki, görünüşümüz, üzümüz sadəcə gözəllik və kosmetologiya deyil, psixika, fizika və estetikanın üçbucaq təşkil etdiyi vahid bir bütövün tərkib hissəsidir.
Aşağıdaki hər şey yuxarı orqanlara da təsir edir
Fassial barama sıxılır və azaldılırsa, elastik bantlar prinsipi ilə işləyən üzün vəziyyətinə də təsir edəcək. Yəni, ayaqlar bədəndə daha yüksək olan hər şeyi, başa qədər çəkəcək. Yeri gəlmişkən, bu, bədəndə, o cümlədən beldə, boyunda bir çox ağrıların yaranmasına səbəb olur.
Fotoya nəzər salın.

Bu rəqəmlər qarın və üz arasındakı zonaların dəqiq uyğunluğunu göstərir, burada burun və göbək şərti mərkəzlərdir. Buna görə də, qarın üzərindəki ilk "kvadrat"dakı sıxacları çıxardıqda, üzün müvafiq sahəsi avtomatik olaraq toxumasını, gərginliyini və görünüşünü dəyişir. Aşağıdakı dörd zonanın hamısını işləsəniz, üz avtomatik olaraq cavanlaşır və ümumiyyətlə, fərqli görünməyə başlayır, sanki indi fərqli bir insanla qarşılaşırıq.
Aytən
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım







.jpg)









.jpg)
.jpg)


















