İnanc
Bu 3 şeyi etməlisən! - Əgər xoşbəxt olmaq istəyirsənsə
"Xoşbəxtlik hormonları" adlandırılan endorfinlər özümüzü daha yaxşı hiss etməyə kömək edir, həzzi artırır, ağrı və narahatlığı azaldır. Məlum olub ki, bir sıra sadə hərəkətlər orqanizmdə endorfinlərin miqdarını artıra bilər.
Publika.az xəbər verir ki, endokrinoloq-dietoloq Polina Jarkova xoşbəxtlik hissini artırmağın yollarından danışıb. Onun sözlərinə görə, daim hərəkətdə olmaq bu yolda birinci və ən vacib şərtdir.
Hərəkət edin
Hər hansı fiziki fəaliyyət "xoşbəxtlik hormonlarının" istehsalına kömək edir. Gün ərzində sizə zövq verən istənilən idman növü ola bilər: qaçış, rəqs, çəki məşqləri, tennis, futbol, voleybol. Hətta boks kimi idman növləri də eyni təsirə malikdir. Axşam isə yoqa, meditasiya və nəfəs məşqləri kimi rahatlaşdırıcı üsullara üstünlük vermək məqsədəuyğundur, çünki yatmazdan iki saat əvvəl həddindən artıq fiziki fəaliyyət yuxunu poza və stressi artıra bilər.
Düzgün qidalanın
Nə qədər sadə səslənsə də, balanslaşdırılmış pəhriz stress zamanı bədəni dəstəkləməyə kömək edəcək. Ancaq şirniyyat yemək istəyi əksinə, kortizol istehsalının artmasına səbəb olacaq. Elə qidalar var ki, depressiv pozğunluqların və demensiyanın inkişaf riskini azaldır - bunlar polifenollarla zəngin qidalardır. Belə qidalara banan, tünd şokolad, lif, yaşıl çay, təbii fermentləşdirilmiş məhsullar, duzlu kələm, kombuça, kimçi, kefir və qatıq daxildir.
Stress mənbəyini minimuma endir
Münasibətdə problemlər, yüksək iş təzyiqi, maddi çətinliklər və fiziki ağrılar "qıcıqlandırıcı" rolunu oynaya bilər. Stressi tətkiləyən amilləri müəyyən edin və mənfi düşüncələr üzərində dayanmayın. Yeni hobbi, dostlarla görüşmək və ya heyvanlarla ünsiyyət stress səviyyələrini dəyişməyə və azaltmağa kömək edə bilər.
Əgər təkbaşına öhdəsindən gələ bilmirsənsə, psixoterapevtlə əlaqə saxlamalısan. Həkim sizə rahatlama üsullarını öyrənməyə kömək edəcək və ya lazım gələrsə, terapiya təyin edəcək.
Aytən Məftun
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman7 Oktyabr 11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya7 Oktyabr 11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?









.jpg)














.png)














