İnanc
Çin təbabəti orqanlarınız haqqında nə deyir?
Çoxları elə düşünür ki, xüsusilə neqativ duyğuları yaşadıqdan sonra hər şey keçib-gedir. Lakin ənənəvi Çin Təbabəti belə demir. Çin xalqının müdrik nümayəndələri iddia edirlər ki, duyğular orqanlarımıza təsir edir, buna görə də xəstəliklərin müalicəsində psixi problemlərin də aradan qaldırılması tövsiyə olunur.
Publika.az xəbər verir ki, "Wery Well Mind" nəşrinin yazdığına görə, müasir dünyada insanın səhhətində problem yarandıqda bu, orqanın xəstələnməsi və ya infeksiya kimi qəbul edilir. Bununla belə, Ənənəvi Çin Təbabəti bunu insan ruhu ilə fiziki sağlamlıq arasında körpü hesab edir. Bu anlayışa görə, həddindən artıq əsəbilik və qəzəb qaraciyərə təsir edərək, menstruasiya ağrısı, baş ağrısı, üz və gözlərdə qızartı, başgicəllənmə və ağızda quruluq kimi bir çox xəstəliyə səbəb ola bilər. Əlbəttə ki, digər tibbi reallıqlar da müalicənin bir hissəsi kimi qəbul edilir, lakin həm fiziki, həm də psixi müalicənin birgə aparılması daha yaxşı nəticələr əldə etməyə imkan verir.
Bəs, emosiyalarımız orqanlara və necə təsir edir?
Ağciyər
Ağciyərlər bütün bədənə oksigeni daşıyır və karbon qazını çıxarır. Bu orqan kədər, üzüntü, birindən və ya bir yerdən ayrılıq hissləri ilə əlaqələndirilir.
Dalaq
Dalaq orqanizmin immun sistemində mühüm rol oynayır və köhnə qan hüceyrələrini, bakteriyaları bədəndən çıxarır və qanı təmizləyir. Narahatlıq və bir məsələ haqqında uzun müddət düşünmək dalaqda müəyyən problemlərə yol aça bilər.
Böyrək
Böyrəklər bədəndən tullantıları və artıq mayeni çıxarır. Böyrəklər isə qorxu, narahatlıq, etibarsızlıq hissi, zəif iradə və təcrid olunma hissi ilə bağlıdır.
Qaraciyər
O, həzm üçün zəruri olan şirələr istehsal edir və bağırsaqlardan gələn bütün qidanı (piylərdən başqa) kimyəvi proseslərə məruz qoyan filtr rolunu oynayır. Qaraciyər qəzəb, inciklik, məyusluq, qəzəblənmə, əzab hissi ilə əlaqələndirilir.
Ürək
Ürək bütün bədənə qan pompalayır. Çin Xalq Təbabətinə görə, bu orqan sevinclə əlaqələndirilir. Ürək coşğu və enerji çatışmazlığı, zehni narahatçılıq, depressiya, yuxusuzluq və ümidsizlik hissləri ilə əlaqələndirilir.
Aytən
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman7 Oktyabr 11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya7 Oktyabr 11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?









.jpg)














.png)














