İnanc
Uşağa ilk telefonu hansı yaşda almaq lazımdır?
Uşaq özbaşına məktəbə gedib-gəlməyə başlayıbsa, tək küçəyə çıxa bilirsə, ona ilk telefonu almaq olar.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya uşaq və ailə psixoloqu, uşaqlar və böyüklər üçün psixoloji kitabların müəllifi Yekaterina Kes məlumat verib.
"Eyni zamanda başa düşmək lazımdır ki, istənilən müasir qadjet daxilindəki proqramlarından valideyn nəzarəti altında istifadə etməklə istənilən smartfonu belə sadə telefona çevirmək olar. Bəzi böyüklər əvvəlcədən heç bir parametr seçmədən uşağa smartfon verir və bununla ona "Pandora qutusu" verdiklərini düşünmürlər.
Heç kimə sirr deyil ki, gündəlik həyatda olduğu kimi internetdə də həm yaxşı, təhlükəsiz, lazımlı və faydalı, həm də pis, zərərli, mənasız və təhlükəli məlumatlar var. Buna görə də, uşağa smartfon alarkən onunla tez əlaqə qura biləcəyiniz qadjeti telefon kimi işləyəcək şəkildə hazırlamaq vacibdir", - ekspert bildirib.
Psixoloq vurğulayıb ki, bütün funksiyaları olan tam hüquqlu smartfondan danışırıqsa, o, uşağa nə qədər gec təqdim edilsə, bir o qədər yaxşıdır.
"Bu, təxminən 12-13 yaşa təsadüf edir. Hətta bu halda belə uşaqla müzakirə etmək və qadjetin özündə və ya valideyn nəzarətinin köməyi ilə telefonda müəyyən məhdudiyyətlər qoymaq vacibdir. Bu halda valideynlərin casuslara və sərt nəzarətçilərə çevrilməsinə və uşağın telefonunu daim yoxlamasına ehtiyac qalmayacaq. Oyunlar zamanı əvvəlcədən təyin edilmiş vaxt gəldikdə telefonun ekranında vaxtın bitdiyi barədə bildiriş görünəcək" , - psixoloq yekunda bildirib.
Aytən
-
İdman23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?









.jpg)
















.png)













