İnanc
Yerin titrəməsi zülmə, zinaya cavabdır: Zəzələdə ölən bu insanlar ŞƏHİDDİR - İlahiyyatçı
Artıq hər gün zəlzələ xəbərlərini alırıq. Silkələnmələrin vaxtına diqqət yetirsək, onların əsasən gecə saatlarında baş verdiyi müşahidə olunur. Bəs zəlzələlərin gecə baş verməsi dini baxımdan necə izah olunur? Bu bir mesajdırmı?
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Publika.az-a açıqlamasında bildirib ki, islami qaynaqlarda zəlzələ ilə bağlı xeyli hədislər var.
Onun sözlərinə görə, həm “Qurani-Kərim”in ayələrində, həm də peyğəmbərin (s) hədislərində zəlzələ ilə bağlı müxtəlif hədisləri görə bilərik:
“Qurani Kərimdə "Zəlzələ" surəsi var. O surə əslində qiyaməti xatırladır. Yer kürəsinin silkələnməsi, üzərindəki nəhəng dağlarının parçalanması eyni ilə qiyamət günündə bu halların baş verəcəyini bildirir. Hazırda dünyada bütün sərvətlər üzərində savaşlar, müharibələr gedir. Hansı ki, o sərvətlərə görə insanlar bir-birini parçalayır, lakin elə gün gələcək ki, yer altında olan sərvətləri üzə çıxaracaq, amma insanlar qorxularından dolayı sərvətlərə yaxın belə düşə bilməyəcəklər. Peyğəmbərin (s) bir hədisində buyurur ki, Allah bizdən öncəki bir qrup günahkar şəxsləri, millətləri zəlzələ ilə cəzalandırardı. Bu zaman səhabə deyir ki, Ya Peyğəmbər, o insanların içində, məsum, günahsız insanlar da var. Yəni bir cəmiyyət içində hamı günahkar olmur axı. O zaman belə cavab gəlir ki, zülmün, zinanın artdığı bir cəmiyyətdə zəlzələlər daha çox olar”.

İlahıyyatçı başqa bir hədisdən də vurğulayıb ki, qiyamət göstəricilərindən biri də dünyanın dörd bir tərəfində zəlzələlərin çox olmasıdır:
“Yəni bu səpkidə çoxlu hədislər var. Son 100 ildə olan araşdırmalarda gecələr zəlzələlərin daha çox olduğu göstərilir. Lakin hələ də tam dəqiq elmi həllini tapılmayıb. Yer kürəsi günəşin övladlarından biri sayılır. Həm cazibə, həm də dəf etmə qüvvələri gecələr daha çox azalıb-çoxalır. Gecələr yerin altındakı fay xətlərində çatlamalar daha çox olur. Dinimizə görə mömin və təmiz insanlar zəlzələ zamanı ölürsə, onlar şəhid sayılır. Bir tərəfdən də yaşlı insanlar üçün də gözəl bir ölüm kimi səciyyələndirilir. Ağır betonların altında qalan ölüm qorxulu kimi görünsə də bu bir fəlakət deyil, Allaha qovuşmaqdır”.
Aysel Şahmar
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika29 Aprel 16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm29 Aprel 16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?







.jpg)








.jpg)
.jpg)



















