Tarix
AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” - VİDEO
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 1988-ci ildə baş verən Sumqayıt hadisələri ilə bağlı yeni sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və icyimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, “Kod adı: NALYOTÇİK” adlı sənədli filmin hazırlanmasında nadir videoarxiv materiallardan istifadə edilib, dövrün məsul şəxslərindən müsahibələr yer alıb, məxfi sənədlər araşdırılıb. Filmdə talançı qrupun rəhbəri Eduard Qriqoryanın istintaq zamanı dindirilməsini, onun günahını sübut edən nadir ifadələrlə tanış ola biləcəksiniz. Film bu gün, fevralın 28-də saat 21:30-da AzTV-də yayımlanacaq.
Qeyd edək ki, 1988-ci il 27-29 fevral tarixində Sumqayıtda həyata keçirilən qanlı ssenari nəticəsində 6-sı azərbaycanlı, 26-sı isə erməni olmaqla, ümumilikdə 32 Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə mənzil talan olunub, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb. Filmdən hissələri aşağıdakı video-çarxda təqdim edirik:
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO



















.png)

















