Tarix
Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
Aralıq dənizinin dibində təxminən 2100 il əvvəl batmış gəminin içərisində minlərlə qədim keramika qabı aşkarlanıb. Tapıntılar qədim Romada dəbdəbəli süfrə mədəniyyəti və Aralıq dənizində ticarət əlaqələri barədə mühüm məlumatlar əldə etməyə imkan verir.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Arxeoloqlar Türkiyənin müasir ərazisi yaxınlığında, Antalya vilayətinin Adrasan sahillərində, təxminən 55 metr dərinlikdə yerləşən batmış gəmini araşdırırlar. Gəminin qədim Rozos şəhərindən (indiki Hatay vilayəti) yola düşərək Roma istiqamətində hərəkət etdiyi ehtimal olunur. Lakin səfər zamanı fırtınaya düşən gəmi dayazlıqla qayalarla toqquşaraq batıb.

Sualtı arxeoloji qazıntılara 2025-ci ildə başlanılıb. İndiyədək aparılan tədqiqatlar zamanı balıq yeməkləri üçün nəzərdə tutulan boşqablar, kasalar və nimçələr də daxil olmaqla, minlərlə keramika məmulatı üzə çıxarılıb. Tədqiqatçılar qabların 122 müxtəlif forma və ölçüsünü müəyyən ediblər. Bu, qədim Roma dünyasında dəbdəbəli süfrələrin necə təşkil olunduğunu öyrənmək baxımından nadir imkan yaradır.
Tapıntını əhəmiyyətli edən məqamlardan biri də yükün müxtəlif mənşəli olmasıdır. Rozosda istehsal edilən qablarla yanaşı, Egey dənizindəki bir neçə adadan gətirilmiş keramika nümunələri də aşkarlanıb. Bu fakt gəminin müxtəlif istehsal mərkəzlərindən olan məhsulları eyni vaxtda daşıdığını göstərir.

Rozos istehsalı olan keramika qablar imkanlı alıcılar arasında xüsusi populyarlıq qazanıb. Bunu qədim Roma yazılı mənbələri də təsdiqləyir. Məsələn, məşhur Roma natiqi və dövlət xadimi Siseron eramızdan əvvəl 50-ci ildə dostu Attikə yazdığı məktubda Rozosdan keramika məmulatları sifariş etdiyini qeyd edib.
Yükün böyük hissəsinin təəccüblü dərəcədə yaxşı vəziyyətdə qalması isə qabların daşınma üsulu ilə əlaqələndirilir. Keramika məmulatları taxta yeşiklərə yerləşdirilir, onların arasına isə daşınma zamanı zərbələrdən qorumaq üçün gil qoyulurdu. Ehtimal olunur ki, gəmi batdıqdan sonra da bu qablaşdırma üsulu yükün böyük hissəsinin zədələnməsinin qarşısını alıb.
Batmış gəminin olduğu ərazidə tapılan sikkələr eramızdan əvvəl I əsrə aiddir. Onlar gəminin son səfərinin tarixini müəyyənləşdirməyə kömək edib.
Arxeoloji tapıntılar qədim Roma cəmiyyətinin varlı təbəqəsinin gündəlik həyatına işıq salmaqla yanaşı, Aralıq dənizi hövzəsində müxtəlif keramika istehsalı mərkəzləri arasında mövcud olmuş ticarət əlaqələrini də izləməyə imkan verir.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
Sosial10:09Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - YENİLƏNDİ
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...















.jpg)



.jpg)





.png)












